Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü

dusmen-terterde-daha-bir-mulki-vetendasi-oldurdu
Oxunma sayı: 7415

Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini hədəf almaqda davam edir.

"Qafqazinfo"nun Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə düşmənin atdığı mərmi daha bir mülki vətəndaşımızın həlak olmasına səbəb olub.

Bu, rayonun Üzeyir Hacıbəyov küçəsi sakini, 1959-cu il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızıdır.

Emin Səfərov