“e-Tabib” fəaliyyətini dayandırdı

e-tabib-fealiyyetini-dayandirdi
Oxunma sayı: 915

“e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.   

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur.

Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.