Əbu-Dabidə liderlərin görüşü başa çatdı - Video - Yenilənib

ebu-dabide-liderlerin-gorusu-basa-catdi
Oxunma sayı: 11212

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, hazırda görüşdə fasilə verilib.

Fasilədən sonra liderlərin görüşü davam edəcək.

***

“Sputnik Ermənistan” xəbər verir ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqlar fasilədən sonra bərpa olunub.

Bildirilir ki, fasiləyə qədər İlham Əliyevlə Paşinyan bir müddət təkbətək danışıblar.

***

Paşinyan və Əliyev arasında Əbu-Dabidə keçirilən danışıqlar başa çatıb.

Danışıqlar təxminən 5 saat davam edib.