Efirdə atasız qızlarla bağlı çıxışı etirazla qarşılandı - Araşdırma aparılacaq+Rəsmi

efirde-atasiz-qizlarla-bagli-cixisi-etirazla-qarsilandi
Oxunma sayı: 10274

“Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.

“Qafqazinfo”nun məlumatına görə, onun efirdə səsləndirdiyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.

N. Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib.

Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”.

Qeyd edək ki, aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah  mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.