Əfv Sərəncamının icrası yekunlaşdı - Video-Yenilənib

efv-serencaminin-icrasi-yekunlasdi
Oxunma sayı: 3464

Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamının icrasına başlanılır.

“Qafqazinfo” xəbər verir ki, bir azdan əfv edilmiş məhkumlar cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaqlar.

Azad edilənlərin ümumi sayı 20 nəfərdir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Sərəncamdan irəli gələn vəzifələrini icra edir.

***

2 və 17 saylı Cəzaçəkmə müəssisələrindən 4 məhkum azadlığa buraxılıb.

***

Əfv Sərəncamının icrası başa çatıb.

Sail Ağasəlim

Video və fotolar: Xəyal Vəlizadə