Bu gün Azərbaycan səhiyyəsində yeni bir səhifə açılır.
“Qafqazinfo” xəbər verir ki, “EGE Hospital”da Azərbaycanda ilk dəfə robotik cərrahiyyə üsulu ilə prostat əməliyyatı həyata keçirilib.
Robotik radikal prostatektomiya - yüksək dəqiqliklə sidik saxlama funksiyası və erektil funksiyanın qorunmasına yönəlmiş sinir-qoruyucu cərrahi texnikaların icrasında qızıl standartdır.
Robotik cərrahiyyənin əsas üstünlüyü:
-Minimal invaziv yanaşma
-Yüksək cərrahi dəqiqlik
-Daha sürətli bərpa prosesi
Bir çox innovasiyalarda liderlik edən “EGE Hospital” Azərbaycanda robotik cərrahiyyənin də pioneri olub.
Son xəbərlər
Son Xəbərlər