Tibb sahəsindəki fəaliyyəti ilə yanaşı, yaradıcılıq dünyasında da öz sözünü deyən “EGE Hospital”ın baş direktoru, dermatokosmetoloq Dr. Gültəkin Qəniyevanın “Herion – Gizli Güc” adlı əsərinin təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qədim Qala” və “Dostum” nəşriyyatlarının təşkilatçılığı ilə baş tutan təqdimat müəllif və oxucuların görüşü, səmimi söhbətlər və imza mərasimi ilə yadda qalıb.
Tədbirdə “Ümid yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Nigar Mənsimova və təşkilatın uşaq sığınacağının uşaqları da iştirak ediblər. Onların tədbirdə iştirakı təqdimata xüsusi rəng qataraq bu əlamətdar görüşün iştirakçıları arasında səmimi ünsiyyət üçün gözəl fürsət yaradıb.
Peşəkar fəaliyyəti ilə seçilən Dr. Gültəkin Qəniyevanın ədəbiyyata olan marağı və müəllif kimi oxucuların qarşısına çıxması onun çoxşaxəli fəaliyyətinin diqqətçəkən nümunəsidir. “Herion - Gizli Güc” əsərinin təqdimatı müəllifin yaradıcılıq yolunda əlamətdar hadisə olmaqla yanaşı, onun oxucularla bir araya gəlməsi baxımından da xüsusi əhəmiyyət daşıyıb.
Tədbir zamanı iştirakçılar müəlliflə görüşmək, onun yaradıcılığı ilə yaxından tanış olmaq və kitab ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Səmimi atmosferdə keçən təqdimat və imza mərasimi tədbirin yaddaqalan məqamları sırasında yer alıb. Dr. Gültəkin Qəniyevanın rəhbərlik fəaliyyəti və həkimlik peşəsi ilə yanaşı, ədəbi yaradıcılığa da vaxt ayırması fərqli sahələrdə özünü ifadə edən şəxslərin uğur hekayələrinə nümunədir.





Son xəbərlər
Son Xəbərlər