Əhaliyə 7 milyard manat ödənilib

ehaliye-7-milyard-manat-odenilib
Oxunma sayı: 575

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

O cümlədən, 8 ayda pensiyalar üzrə 5 milyard 222 milyon manat, müavinətlər üzrə 961 milyon manat, təqaüdlər üzrə 542 milyon manat, ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.

Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.