Əhməd əl-Şaraa Moskvadadır - Video

ehmed-el-saraa-moskvadadir
Oxunma sayı: 1069

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Moskvaya səfər edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo-2” aeroportunda yerə enib.

Əl-Şaraa Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. 

Xatırladaq ki, Suriyanın keçid dövrü prezidenti ilk dəfə ötən il oktyabrın 15-də Moskvaya səfər etmişdi. Bu, Suriyada hakimiyyətin dəyişməsindən sonra iki ölkə arasında ilk yüksəksəviyyəli görüş olmuşdu.