Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi

ehtiyatda-olan-1-ci-dereceli-kapitan-vefat-etdi
Oxunma sayı: 1865

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, ​40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu dünyasını dəyişib.

​Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb. O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.