Əkizlərdən biri ananın qucağından düşərək ölüb

ekizlerden-biri-ananin-qucagindan-duserek-olub
Oxunma sayı: 3374

Neftçalada 1 yaşlı uşaq faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Neftçala rayonunun II Qaralı kəndində baş verib.

Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə ehtiyatsızlıqdan yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov