“Rosfinmonitorinq” siyasətçi Mixail Xodorkovskini və Dövlət Dumasının sabiq deputatı Dmitri Qudkovu “ekstremistlər və terrorçular” siyahısına daxil edib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) oktyabrın 14-də bir sıra xarici agentin Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə ittiham olunduğunu açıqlayıb.
Belə ki, əsas şübhəli kimi “YUKOS” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskinin adı çəkilir.
Eyni zamanda, ittiham olunanlar arasında Dmitri Qudkovun da adı keçir.
Xatırladaq ki, hər iki şəxs daha əvvəl Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb.
Son xəbərlər
Son Xəbərlər