Əldə bir qədəh şərab... - Video

elde-bir-qedeh-serab
Oxunma sayı: 640

Şamaxıda Üzüm və Şərab Festivalının ikinci günü rəngarəng və əyləncəli proqramlarla davam edir.

“Qafqazinfo” xəbər verir ki, festivalın qonaqları gün ərzində pavilyonları gəzərək müxtəlif növ üzüm və üzüm məhsullarını, eləcə də, şərabları dadırlar.

Festival ərazisində həmçinin musiqi və əyləncə proqramları təqdim olunur.

Bu gün festivalın səhnəsində “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva və DJ Kamonun çıxışları gözlənilir.

Şamaxıda üzüm və şərab ab-havasının yaşandığı festivalda əyləncə proqramları axşam saatlarınadək davam edəcək.