“Elə bil bu gün oğlumu qucaqladım...” - Video

ele-bil-bu-gun-oglumu-qucaqladim
Oxunma sayı: 868

Bu gün Diaspor Gənclərinin VII Yay Düşərgəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, düşərgədə qürur və kədər dolu anlar yaşanıb.

Belə ki, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva görüşdəki Rəşad adlı iki iştirakçını bağrına basıb.

Qeyd edək ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-sı Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan R.Mirzəli 2020-ci il sentyabrın 27-si başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.