Yardımlı rayonunun gözəl təbiəti ilə seçilən Nisəqala kəndində 1-10 yaş arası 135 uşaq yaşayır. Onlardan 13-ü artıq birinci sinfə qədəm qoyub, əlifbanı, yazı yazmağı və oxumağı sevə-sevə öyrənir.
Nisəqala kəndinin balaca sakinlərinin gözündəki sevinc və üzlərindəki gülüş gələcəyə ümid işığı kimi parlayır.
“Qafqazinfo”nun əməkdaşları Lamiyə Məmmədova ilə Xəyal Vəlizadə Nisəqaladan geniş reportaj hazırlayıb. Həmin materialı bir neçə gün sonra saytımızda təqdim edəcəyik.
Bu gün isə fotoqrafımızın Nisəqaladan lentə aldığı balaca fidanların fotolarını təqdim edirik: