Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edildi

eli-kerimli-ve-memmed-ibrahim-ramiz-mehdiyev-isi-uzre-istintaqa-celb-edildi
Oxunma sayı: 4341

Ötən gün evlərində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim istintaqa cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, Əli Kərimli və Məmməd İbrahim artıq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində tanınıblar.

Hələlik onlara ittiham elan edilməyib.