Əli Nağıyev AKTA-nın təqdimat mərasimində - Fotolar

eli-nagiyev-akta-nin-teqdimat-merasiminde
Oxunma sayı: 9420

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün təqdimatı keçirilən AKTA-nın idarə heyətinin sədri Rahid Ələkbərovdur.

Təşkilat kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verməsi ilə yanaşı, bu istiqmətdə maarifləndirmə və məlumatlandırmanın həyata keçirilməsinə dəstək verəcək.

Həmçinin Assosiasiya milli maraqların təbliğat və dezinformasiya fəaliyyətinə qarşı mübarizədə müvafiq təkliflərin verilməsi və bu istiqamətdə görülən işlərin əlaqləndirilməsini təmin edəcək.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edir. 

Gülnar Əliyeva