Əlində “Oscar” burger yeməyə getdi - Video

elinde-oscar-burger-yemeye-getdi
Oxunma sayı: 653

“Sinners” filmindəki performansı ilə 98-ci “Oskar” mükafatlarında “Ən yaxşı aktyor” mükafatını qazanan Maykl B. Cordan mərasimdən sonra etdiyi hərəkətlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, məşhur aktyor Los-Ancelesdəki burger restoranında əlində “Oscar” heykəlciyi ilə sifariş verərkən görüntülənib.

Restorandakı müştərilər və işçilər aktyora böyük maraq göstəriblər və insanlar onunla şəkil çəkdirmək üçün növbəyə düzülüb.

Sosial şəbəkələrdə paylaşılan görüntülər bir çox istifadəçi tərəfindən “Oscar”dan sonra ən səmimi şənlik” kimi şərh edilib.