Əliyar Ağayevin cəzası bitdi - Təyinat aldı

eliyar-agayevin-cezasi-bitdi
Oxunma sayı: 464

Əvəzedicilər liqasında XXV turun təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalının ilk görüşündə etdiyi səhvlərə görə cəzalandırılan FIFA referisi Əliyar Ağayev “Zirə-2” – “Sumqayıt-2” matçını idarə edəcək.

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev

Qeyd edək ki, Əliyar Ağayev “Turan Tovuz” – “Zirə” oyununda tovuzluların iki penaltisini verməmişdi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da bu səhvləri etiraf etdikdən sonra Əliyar Ağayevi cəzalandırmışdı.