Əliyev Çexiyanın Baş naziri ilə də görüşdü - Video - Fotolar

eliyev-cexiyanin-bas-naziri-ile-de-gorusdu
Oxunma sayı: 97

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Həmin səfər çərçivəsində müzakirə olunmuş məsələlərin icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulanıb.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edilib.