Əliyevlə Nauseda Dublində bir araya gəldi - Foto

eliyevle-nauseda-dublinde-bir-araya-geldi
Oxunma sayı: 113

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrn 12-də Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.

Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.