Elşən Həsənli Kürdəmirdə sakinlərlə görüşdü - Fotolar

elsen-hesenli-kurdemirde-sakinlerle-gorusdu
Oxunma sayı: 285

Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısı Elşən Həsənlinin müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Kürdəmir rayon Qarasaqqal kənd sakinləri ilə görüşüb.

E.Həsənlinin vətəndaşlarla təşkil olunmuş görüşündə RİH Başçısının müavini, şöbə və sektor müdirləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.

Elşən Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.