Hazırda davam edən “Dinamo” – “Qarabağ” matçında Ağdam təmsilçisinin müdafiəçisi Elvin Cəfərquliyev zədələnib.
“Qafqazinfo” xəbər verir ki, Kiyev klubunun hücumu zamanı əzələsini dartan futbolçu oyunu davam etdirə bilməyib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.
Onun əvəzinə meydana braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo daxil olub.
Məlumat üçün bildirək ki, qarşılaşmada hazırda hesab 1:0 “Dinamo”nun lehinədir.
***
Matç “Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşır.
Son xəbərlər
Son Xəbərlər