Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib - Fotolar

emanetlerin-sigortalanmasi-fondunun-kollektivi-anim-gunu-ile-elaqedar-zefer-parkini-ziyaret-edib
Oxunma sayı: 275

27 Sentyabr Anım Günü ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, fondun rəsmiləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoymuş, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.