Emil Balayev rəsmən “Qarabağ”da

emil-balayev-resmen-qarabagda
Oxunma sayı: 1755

“Qarabağ” yeni bir futbolçu transferi edib.  “Qafqazinfo” xəbər verir ki, klub Azərbaycan millisinin qapıçısı Emil Balayevi heyətinə daxil edib.  

Qeyd edək ki, 26 yaşlı qolkiper “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Ayntraxt” (Almaniya), “Qarabağ”, “Səbail”, “Tobol” (Qazaxıstan) və “Zirə” klublarının da formasını geyinib.