“Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib.
Onun sözlərinə görə, kivi mədə-bağırsaq problemləri olan insanlar üçün vacibdir, çünki sağlam həzmi təşviq edən liflə zəngindir.
Həkim qeyd edib ki, bu meyvənin qlikemik indeksi aşağıdır, yəni qan şəkərinin səviyyəsini tənzimləməyə və insulin qalxmasının qarşısını almağa kömək edir.
Kivi həmçinin çoxlu miqdarda C və E vitaminləri ehtiva edir. Onlar arteriyalarda xolesterol lövhələrinin əmələ gəlməsinin qarşısını alan güclü antioksidantlar və iltihab əleyhinə maddələrdir. Digər faydalı xüsusiyyətləri ilə yanaşı, o, immunitet sisteminin gücləndirir və bədən yağını azaldır”, - deyə o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər