Ən sürətli yolda nişan qoyuldu - İlk dəfə

en-suretli-yolda-nisan-qoyuldu
Oxunma sayı: 1411

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Elxan Yusifli məlumat paylaşıb.

O bildirilib ki, ödənişli yolda 3,5 tonadək çəkisi olan avtomobillər üçün saatda 130 kilometr sürət limitini göstərən nişanlar quraşdırılıb. Bu da artıq sürücülərin həmin nişanın tələbinə uyğun hərəkət edə biləcəyini göstərir.

Qeyd edək ki, dəyişiklik “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda öz əksini tapıb. Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşib.

Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.

Xatırladaq ki, Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.