Ənvər Sadıqov Qəbələdə konsert verəcək

enver-sadiqov-qebelede-konsert-verecek
Oxunma sayı: 3097

Avqustun 19-da, saat 19.19-da Azərbaycan Respublikasının xalq artisti Ənvər Sadıqovun “Təəssürat” adlı solo-konserti olacaq.

Milli Turizm Təbliğat Bürosundan "Qafqazinfo"ya verilən məlumata görə, konsert Qəbələdə Heydər Əliyev Konqres Zalında baş tutacaq. İstedadlı qarmon ustası konsertdə 19 musiqi parçası ifa edəcək. Biletləri Bakı və Qəbələdə “Qafqaz” otellərindən almaq olar. 

Tədbirin media tərəfdaşı Milli Turizm Təbliğat Bürosudur.