Epilepsiyası tutan 37 yaşlı kişi dayaz suda boğuldu

epilepsiyasi-tutan-37-yasli-kisi-dayaz-suda-boguldu
Oxunma sayı: 2706

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ərəbxana kənd sakini 1988-ci il təvəllüdlü Seyran Malayev suda boğularaq ölüb.

Bildirilir ki, Seyran yaşadığı evin yaxınlığında olarkən epilepsiyası tutub. Qıcolma keçirən şəxs ağzıüstə yolun kənarındakı su kanalına düşüb.

Kanaldakı suyun hündürlüyü 40-50 santimetr olsa da, S.Malayev çevrilə və ya ayağa qalxa bilməyərək ölüb.

Faktla bağlı araşdırma aparılır.