Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Həmçinin oxuyun: Одним из 4 погибших, оказался пропавший школьник... - Обновлено
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü İlham Həşimov saxlanılaraq istintaqa təhvil verilib.
***
Yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Araşdırma aparılır.