Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə 31 avqust – 1 sentyabr tarixlərində Bişkekdə olacaq.
Səfər çərçivəsində Türkiyə dövlət başçısının sentyabrın 1-də keçiriləcək genişləndirilmiş tərkibdəki Zirvə iclasında çıxış etməsi və sammitə qatılan digər ölkə liderləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər