“Kiyevlə danışıqları yenidən başlamaq istəyirik. Mən Prezident Ərdoğandan danışıqların İstanbulda aparılmasını xahiş edəcəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
Putin Rusiya-Ukrayna danışıqlarının təşkilində Türkiyənin roluna diqqət çəkib və məsələ ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışacağını bildirib.
O, Rusiyanın Ukrayna ilə dialoqdan heç vaxt imtina etmədiyini qeyd edib. Bu kontekstdə Putin Kiyev hakimiyyəti ilə 2022-ci ilin sonunda dayandırdıqları danışıqlara yenidən başlamağı təklif etdiklərini açıqlayıb:
“Birbaşa danışıqların İstanbulda mayın 15-i bərpa olunmasını təklif edirik”.
Rusiya ilə Ukrayna arasında danışıqların təşkili üçün Türkiyənin bir sıra təkliflər verdiyini xatırladan Putin, bu tədbirin təşkilində Ərdoğanın da çox iş gördüyünü bildirib:
“Prezident Ərdoğanla danışacam. Ondan Türkiyədə danışıqlar üçün belə bir fürsət verməsini xahiş edirəm. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışlarına töhfə vermək istəyini təsdiq edəcək. Ukrayna ilə ciddi danışıqlar aparmaqda qərarlıyıq”.