Ərindən boşanmasının şərəfinə ətir markası yaratdı

erinden-bosanmasinin-serefine-etir-markasi-yaratdi
Oxunma sayı: 11318

Dubay şahzadəsi Şahika Mahra Məhəmməd ərindən boşandıqdan 8 həftə sonra “Divorce” (Boşanma) adlı yeni ətirini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Economic Times” nəşri yazı dərc edib.

Qara flakon üzərində qabarıq şəkildə nümayiş etdirilən “Boşanma” ifadəsi onun 2 ay öncə sonlanan uğursuz evliliyi ilə əlaqələndirilib.

Qeyd edək ki, şahzadə Mahra bir müddət öncə şəxsi instaqram hesabında ərini boşaması ilə bağlı etdiyi paylaşımla gündəmə gəlmişdi:

“Başqa xanımlarla maraqlandığın üçün səni boşayıram, boşayıram, boşayıram. İmza: Keçmiş xanımın”.