Ərini öldürən hamilə qadın barədə qərar verildi

erini-olduren-hamile-qadin-barede-qerar-verildi
Oxunma sayı: 5816

Sumqayıtın Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədova məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Sumqayıt Şəhər Məhkəməsində keçirilən iclasda prokuror iddianaməsini elan edib.

Təqsirləndirilən şəxsin vəkili xanım müvəkkilinin 6 aylıq hamilə olduğunu bildirərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini xahiş edib. Ə. Məmmədova ifadəsində əri Ağahüseyn İmanovun onu mütəmadi olaraq döydüyünü, hadisə vaxtı isə bıçaqla ona hücum etdiyini deyib. O, cinayəti özünü müdafiə məqsədilə törətdiyini bildirib. İş materiallarından məlum olub ki, zərərçəkmiş A.İmanov əvvəllər qanunsuz narkotik dövriyyəsinə görə məhkum edilib.

Məhkəmə cinayətin ağırlığını nəzərə alaraq təqsirləndirilən şəxsin sərbəst buraxılmasını uyğun görməyib. Qərara əsasən Ə. Məmmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə 3 gün əvvəl qeydə alınıb. Ə.Məmmədova ərini bıçaqla qətlə yetirdikdən sonra könüllü təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim