Ermənilər Gəncədə dinc sakinləri öldürdü - Fotolar + Yenilənib

ermeniler-gencede-dinc-sakinleri-oldurdu
Oxunma sayı: 20649

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir. 

Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

***

İkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfərdən artıq yaralı var. Yaralılar arasında azyaşlılar da var.