Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı

ermenistan-azan-cobani-azerbaycana-qaytarir
Oxunma sayı: 4652

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan MTX-nin yaydığı məlumatda sözügedən şəxsin kimliyi də açıqlanıb.

Bildirilib ki, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edilib. 

Onun Tovuz rayonunun Çatax kəndinin sakini olduğu və yoxlamalar nəticəsində yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib. 

Məlumata əsasən, həmyerlimizin Azərbaycana geri qaytarılması istiqamətində işlər aparılır.