Ermənistan Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Azərbaycan ərazisindən keçməklə Rusiyadan və Qazaxıstandan, eləcə də birbaşa Azərbaycandan idxal olunan malların miqdarı barədə məlumatları dərc edib.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən keçməklə Rusiya və Qazaxıstandan Ermənistana 26 295 ton mal aparılıb.
Bundan başqa, birbaşa Azərbaycandan Ermənistana 9 337 ton yanacaq idxal edilib.
Gömrük Xidmətinin məlumatına görə, Azərbaycan ərazisindən tranzitlə dəmir yolu vasitəsilə ilk yük daşınması 6 noyabr 2025-ci ildə həyata keçirilib.
“Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-dək Gürcüstan ərazisindən keçməklə Azərbaycan mənşəli ümumi gömrük dəyəri 7,2 milyon ABŞ dolları (12, 240 milyon AZN) olan 9 337 ton yanacaq idxal edilib və qeydiyyata alınıb. Bunun 5 398 tonunu dizel yanacağı (4,3 milyon ABŞ dolları/7,3 milyon AZN), 3 939 tonunu isə benzin (4,9 milyon ABŞ dolları) təşkil edib.
Son xəbərlər
Son Xəbərlər