Ermənistan KTMT-nin iclasına qatılmayacaq

ermenistan-ktmt-nin-iclasina-qatilmayacaq
Oxunma sayı: 2833

Ermənistan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında təmsil olunmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sözügedən iclasda iştirak etməyəcək.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.