Ermənistan XİN-dən Azərbaycanla danışıqlar barədə - Açıqlama

ermenistan-xin-den-azerbaycanla-danisiqlar-barede
Oxunma sayı: 2297

“Azərbaycanla danışıqlar davam edir və hələ ki, dalana dirənməyib”.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. 

O əlavə edib ki, iki ölkənin nümayəndələri sülh sazişinin şərtlərini müzakirə etmək üçün yaxın vaxtlarda görüşməyi planlaşdırırlar: “Mən prosesi dalana dirənmiş kimi qiymətləndirməzdim, çünki belə qiymətləndirmə heç bir müzakirənin olmadığı halda mümkündür. Hazırda isə müzakirələr davam edir”.