Ermənistanda hərbi hissədə insident oldu - 1 ölü, 2 yaralı

ermenistanda-herbi-hissede-insident-oldu
Oxunma sayı: 2247

Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrdən birində hərbçi əsgər yoldaşlarını güllələyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. İnsident dekabrın 10-u təqribən 19:30 radələrində baş verib.

Hadisə nəticəsində 19 yaşlı əsgər Senik Arzumanyan ölüb, daha iki hərbçi isə yaralanıb.