“Ermənistandakı missiya NATO missiyasına çevrilir”

ermenistandaki-missiya-nato-missiyasina-cevrilir
Oxunma sayı: 2163

“Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə deyib. 

“Aİ-nin Ermənistandakı missiyası qərblilərin səyləri ilə mahiyyətcə NATO missiyasına çevrilir. Üzv ölkələrin liderləri alyansa tələbatın olduğunu nümayiş etdirmək üçün anti-Rusiya isterikasını qızışdırır, ölkəmizlə hərbi münaqişəyə hazırlaşmağa çağırış edir, açıq-aydın iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə böyük vəsaitlər yatırırlar”, - deyə Zaxarova qeyd edib.