Ermənistandan uçan təyyarə Dağıstanda təcili eniş etdi

ermenistandan-ucan-teyyare-dagistanda-tecili-enis-etdi
Oxunma sayı: 549

Ermənistanın Gümrü şəhərindən Moskvaya uçan sərnişin təyyarəsi həyəcan siqnalı verib.

“Qafqazinfo” “Flightradar”a istinadən xəbər verir ki, “Boeing” tipli təyyarə saat 12:24-də Gümrüdən havaya qalxıb. 

Təyyarə təxminən 1 saat sonra Dağıstan səmasında olarkən həyəcan siqnalı verməyə başlayıb və hündürlüyü 3000 metrə qədər azaldıb. 

Mahaçqalaya yönləndirilən təyyarə orada hava limanında eniş edib. Enişin texniki səbəblərə görə həyata keçirildiyi bildirilib. Texniki nasazlıq aradan qaldırıldıqdan sonra təyyarə uçuşu davam etdirəcək.