Ermənistanı çırpınan quşa bənzətdi - Video

ermenistani-cirpinan-qusa-benzetdi
Oxunma sayı: 435

Ermənistanın Baş naziri Nikol Paşinyan otaqda sıxılıb qalan kiçik bir quşun timsalında ölkəsinin tarixi necə dəyişə biləcəyini misal çəkib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir müvafiq videonu özünün “Telegram” kanalında paylaşıb.

Görüntülərdə kiçik bir quşun otaqdan çıxmağa çalışarkən dəfələrlə pəncərə şüşəsinə çırpıldığı görünür. Paşinyan videonu belə şərh edib:

“Bu quş içəri daxil olub və artıq 7-8 saatdır ki, pəncərəyə çırpılaraq çölə çıxmağa çalışır. Çünki qarşısında açıq məkan görür. Lakin o nəzərə almır ki, pəncərə bağlıdır və bu yolla çıxa bilməyəcək. Halbuki tam yanında açıq bir qapı var. Bizim tariximiz haqqında bilinməsi gərəkən əsas məqam məhz budur”.

Xatırladaq ki, iyulun əvvəlində Paşinyan Ermənistanın yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını bildirmiş, lakin dəqiq vaxt açıqlamamışdı. Bir qədər əvvəl isə Baş nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərində müəyyən problemlərin olduğunu da etiraf etmişdi.