Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmə ehtimalına - Zaxarovadan münasibət

ermenistanin-rusiya-ile-viza-rejimi-tetbiq-etme-ehtimalina
Oxunma sayı: 915

“Ermənistan Rusiya ilə viza rejimi tətbiq edərsə, özünə zərər verəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. 

“Əgər Ermənistan hələ Rusiya ilə viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil - öz vətəndaşlarına qarşı etmiş olacaq”, - o deyib.

Zaxarovanın sözlərinə görə, bu qərar həmçinin Ermənistanda çoxsaylı qohumları olan rusiyalı vətəndaşlara da təsirsiz ötüşməyəcək.