“Əsəd hökuməti buna görə devrildi” - Lavrov

esed-hokumeti-buna-gore-devrildi
Oxunma sayı: 4115

“Suriyada vəziyyətin sürətli inkişafına keçmiş prezident Bəşər Əsədin ölkədəki sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəb olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

“Artıq onu da demək olar ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri də uzun sürən vətəndaş qarşıdurması şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas tələbatını ödəyə bilməməsi olub. Cəmiyyətdə etiraz əhval-ruhiyyəsi artır, vətəndaşların hökumətə dəstəyinin səviyyəsi dayanmadan azalırdı”, - nazir vurğulayıb.

Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.