Əsgərlikdən yenicə qayıdan gənci maşın vurdu - Foto

esgerlikden-yenice-qayidan-genci-masin-vurdu
Oxunma sayı: 4372

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Bəydili kənd sakini Tofiq Əliyev “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən Nəsimikənd sakini 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.

Ağır xəsarətlər alan piyada sürücü tərəfindən rayon xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən qayıdıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov