“Əslində vida verilişi idi, hələ yayımlamamışıq...”

eslinde-vida-verilisi-idi-hele-yayimlamamisiq
Oxunma sayı: 892

“İlber Ortaylı mənə zəng edib dedi ki, əməliyyat olunacağam, bilirsən, ondan əvvəl veriliş çəkək”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Fatih Altay deyib.

“Bildirdim ki, verilişi sən xəstəxanadan çıxanda çəkərik. Əməliyyatdan əvvəl niyə çəkmək istədiyini başa düşürəm... Dedi ki, verilişi sonra yayımlayarsan, Celal Şengör də gəlsin. Celala zəng etdim, söylədi ki, İlberin əmri başım üstə. Əslində vida verilişi idi. Çəkmişik, amma yayımlamamışıq...”, - o əlavə edib.

Xatırladaq ki, 78 yaşlı professor İlber Ortaylı martın müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, hazırda İ.Ortaylı ilə vida mərasimi keçirilir. O, Fatih məscidində cənazə namazı qılındıqdan sonra həmin məscidin qəbiristanlığında torpağa tapşırılacaq.