Əvəz Zeynallı azadlıqda- - Yenilənib

Əvəz Zeynallı azadlıqda-
Oxunma sayı: 5152


Keçmiş deputat Gülər Əhmədovanını iddiası ilə həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı əfv edilib.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əfv olunanların siyahısında Ə. Zeynallının da adı var.

Qeyd edək ki, Ə. Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdı.

***

Jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı həyat yoldaşının adının əfv siyahısına düşməsindən danışıb.

M.Zeynallı “Qafqazinfo”ya açıqlamasında deyib ki, öncədən bu haqda məlumatı olmayıb: “Xəbərim yox idi, sizin saytdan oxudum. Elə indi xəbəri oxuyuram. Əvəz özü də bizə bir söz deməmişdi. Yəqin, heç özü də bilmirdi. 

Mən çoxdan gözləyirdim ki, əfv edilsin. Yəni gözlədiyim xəbər idi, sevinirəm. Rəsmi olaraq da hələ heç bir məlumat verilməyib. Tək bildiyim sizin saytdan oxuduqlarımdır”.

Qeyd edək ki, bu gün pezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Murad Əhməd