Evlənənlər də, boşananlar da azalıb

evlenenler-de-bosananlar-da-azalib
Oxunma sayı: 447

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26485 nikaha daxilolma və 13278 boşanma halları qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.