Evrika Beynəlxalq Elm və Texnologiya Liseyinin 2026/2027-ci tədris ili üzrə universitetə qəbul nəticələri yüksək göstəricilərlə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, lisey məzunları 645,40, 641,4 və 636,10, 514 bal kimi yüksək nəticələr əldə edərək ölkəmizin aparıcı universitetlərinə qəbul olublar.
Məzunlar arasında dövlət sifarişi əsasında qəbul olanlarla yanaşı, Almaniya, Çin, Macarıstan, Türkiyə, Rusiya və Belarusun universitetlərindən qəbul alan şagirdlər də var.
Yüksək balla dövlət sifarişi əsasında universitetə qəbul
Liseyin məzunu Əhmədov Əli 645,40 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə dövlət sifarişi əsasında qəbul olub.
Digər məzun Qənbərzadə Hüseyn 641,4 bal toplayaraq ADA Universitetinin Maliyyə ixtisasına dövlət sifarişi əsasında qəbul olmaq hüququ qazanıb.
Əhməd Nigar isə 636,10 bal toplayaraq ADA Universitetinin Hüquq ixtisasına qəbul olub.
Bu nəticələr Evrika Liseyinin məzunlarının yüksək bal göstəriciləri ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinə qəbul olduğunu göstərir.
Evrika məzunlarının xarici universitetlərə qəbul nəticələri
Evrika məzunlarının uğurları Azərbaycanla məhdudlaşmayıb. Məzunlar Almaniya, Çin, Macarıstan, Türkiyə, Rusiya və Belarusun müxtəlif universitetlərinə qəbul olublar.
Beynəlxalq qəbul nəticələri arasında Qarayeva Aysunun göstəricisi diqqət çəkir. O, 1450 SAT və 102 TOEFL nəticəsi ilə Türkiyənin Bilkent Universitetində Kimya ixtisasına 80% təqaüdlə qəbul olub.
Rəhimov Pərviz Almaniyada Constructor Universitynin Business Administration proqramına qəbul olub.
Hidayətov Əli Macarıstanın ELTE Universitetində İnformatika, Rəhimov Emin Çinin Harbin Texnologiya Universitetində Mühəndislik, Mövsümzadə Siddiqə isə Almaniyada Avropa Tətbiqi Elmlər Universitetində Dizayn və İdarəetmə ixtisaslarına qəbul olublar.
SAT, IELTS və TOEFL nəticələri ilə universitetə qəbul
Məzunların nəticələri beynəlxalq imtahan göstəriciləri ilə də diqqət çəkir.
Beydullazadə Rəna 514 bal və IELTS 8 nəticəsi ilə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Ümumi tibb ixtisasına qəbul olub.
Qurbanova Yasmin 1480 SAT nəticəsi ilə ADA Universitetinin Riyaziyyat ixtisasına qəbul olub.
Əliyev Ruslan isə 1250 SAT nəticəsi ilə Bakı Ali Neft Məktəbində Biznesin idarə olunması ixtisasına qəbul olmaq hüququ qazanıb.
Məzunların əldə etdiyi nəticələr tibb, hüquq, maliyyə, mühəndislik, informatika, biznes, beynəlxalq münasibətlər, kimya və dizayn kimi müxtəlif akademik istiqamətləri əhatə edir.
Yüksək nəticələr və beynəlxalq akademik imkanlar
Dövlət sifarişi əsasında qəbul, yüksək bal göstəriciləri, SAT, IELTS və TOEFL nəticələri, eləcə də dünyanın müxtəlif universitetlərindən əldə olunan qəbullar Evrika Beynəlxalq Elm və Texnologiya Liseyinin 2026/2027-ci tədris ili üzrə məzunlarının uğurlarını əks etdirir.
Evrika Beynəlxalq Elm və Texnologiya Liseyi hər il xüsusi daxili imtahan əsasında və məhdud sayda şagird qəbulu həyata keçirir.
Əldə etdiyimiz məlumata görə, liseyə 2026/2027-ci tədris ili üzrə qəbul prosesi artıq yekunlaşmaq üzrədir.










Son xəbərlər
Son Xəbərlər